Cari ildə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna 101 qazi müraciət edib
Bakı, 30 dekabr, AZƏRTAC
Cari ilin 11 ayı ərzində Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna 50 min 241 şəxs müraciət edib.
AZƏRTAC Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, institutda ixtisaslı həkim müayinəsindən 25 min 472 şəxs keçib. Onlardan 10 min 612 xəstə Fizioterapiya şöbəsində, 3 min 430 xəstə Təbii amillərlə müalicə şöbəsində müalicə alıb.
Cari ilin iyun ayından institutun stasionar tibbi reabilitasiya şöbəsi 50 çarpayı sayı ilə yenidən fəaliyyətə başlayıb. İyun - dekabr aylarında stasionar tibbi reabilitasiya şöbəsində 321 xəstə müalicə alıb. Onlardan 101-i qazi olub. Qazilərin 6 nəfəri Türkiyə Respublikasında müalicə alıb, daha sonra İTS xətti ilə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna müraciət edib, 11 nəfər qazi isə “YAŞAT” Fondu tərəfindən göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]