Cari ilin beş ayı ərzində dövlət qurumlarına 453 kiberhücum indikatoru müəyyən olunub
Bakı, 11 iyun, AZƏRTAC
Cari ilin beş ayı ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 453 kiberhücum indikatoru (IOC) müəyyən edib.
AZƏRTAC XRİTDX-in Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin yaydığı hesabata istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz artıb.
Ümumilikdə cari ilin may ayında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 82 kiberhücum indikatoru (IOC) müəyyən edib.
“Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 61 faiz çoxdur. Kibertəhdidlərin 190-ı daxili araşdırma, 263-ü isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb. Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 814,37 milyon zərərli keçid, Mərkəzi antivirus sistemi vasitəsilə 4 milyon 480 min 400, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 195 082 zərərverici tərkibli elektron sənəd blok edilib”, - deyə hesabatda bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]