İQTİSADİYYAT
Cari ilin on ayında bank sektorunun əldə etdiyi xalis mənfəət açıqlanıb
Bakı, 27 noyabr, AZƏRTAC
Azərbaycanın bank sektoru bu ilin yanvar-oktyabr aylarında 913,7 milyon manat xalis mənfəət əldə edib.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, ötən ilin eyni dövründə bank sektorunun əldə etdiyi xalis mənfəətin məbləği 908,2 milyon manat olub.
Hesabat dövründə bankların əməliyyat mənfəəti isə 1 milyard 422,4 milyon manat təşkil edib.