Cəbhəboyu zonadakı hərbi hissələrdə gecə təlimləri keçirilib VİDEO
Bakı, 6 iyul, AZƏRTAC
Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən hərbi hissələrində döyüş atışlı taktiki təlimlər keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlər çərçivəsində bölmələr gecə vaxtı müxtəlif döyüş tapşırıqlarını yerinə yetiriblər.
Təlimlərə cəlb olunan bölmələr müxtəlif təyinatlı silahlardan atışlar yerinə yetirərək şərti düşmən hədəflərini məhv ediblər.