Cəbrayıl rayonunun Şükürbəyli kəndi FOTO
Bakı, 5 mart, AZƏRTAC
Cəbrayıl rayonunun Şükürbəyli kəndi eyni adlı inzibati ərazi vahidində, düzənlikdə yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik olub.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 4-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Şükürbəyli kəndinin görüntülərini təqdim edir.