Cəbrayılda əmək yarmarkası keçirilib
Bakı, 13 mart, AZƏRTAC
Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün əmək yarmarkalarını davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, növbəti əmək yarmarkası Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında təşkil edilib. Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə keçirilən yarmarka SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi ilə birgə təşkil olunub.
Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri, qaz təsərrüfatının nəzarətçisi, təmirçi çilingər, elektrik-qaz qaynaqçısı, gözətçi və s. işlər üzrə vakansiyalar təqdim edilib.
Yarmarkada sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [11:44]
“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb
- 29.09.2026 [11:08]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
- 29.09.2026 [10:22]
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb
- 29.09.2026 [09:44]
Cəlilabadda yaşayış evində yanğın olub
- 28.09.2026 [23:56]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [22:13]
Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]