CƏFƏR CABBARLININ EV-MUZEYİNDƏ SƏMƏD VURĞUNUN 100 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
Mərasimdə filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı, filologiya elmləri namizədləri Asif Rüstəmli, Aslan Salmansoy, S.Mumtaz adına Azərbaycan dövlət mədəniyyət və incəsənət arxivinin direktoru Maarif Teymur, muzeyin direktoru Gülarə Cabbarlı Səməd Vurğunun yaradıcılığından, poeziyasının qüdrətindən söhbət açmışlar. Qeyd edilmişdir ki, S.Vurğun hələ öz sağlığında əfsanəviləşmiş bir sənətkar olmuşdur və insanlar dahi şairə sonsuz məhəbbət bəsləmişlər.
Tədbirdə şairin şeirləri oxunmuşdur.
Sonda şairin qızı, onun ev-muzeyinin direktoru, S.Vurğun fondunun prezidenti Aybəniz xanım Vəkilova Prezident İlham Əliyevin Səməd Vurğunun 100 illik yubileyi ilə əlaqədar bu il fevralın 6-da imzaladığı Sərəncamı, mayın 25-də Heydər Əliyev adına Sarayda keçirilmiş təntənəlı yubiley gecəsini şairin yaradıcılığına dövlət qayğısı kimi qiymətləndirmiş, tədbirin təşkilatçılarına və iştirakçılarına ailə üzvləri adından minnətdarlığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [21:40]
“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları
- 13.10.2026 [21:23]
Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub
- 13.10.2026 [20:19]
Londonda “Arşın mal alan” filminin nümayişi olub
- 13.10.2026 [18:20]
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub
- 13.10.2026 [15:41]
Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq
- 13.10.2026 [14:53]
Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı
- 13.10.2026 [14:26]
Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib
- 13.10.2026 [14:15]