Cəfər Təyyarın tərcümə prinsiplərinə dair monoqrafiya nəşr olunub
Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Multidisiplinar əlyazmaların tədqiqi şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Elnurə Babayevanın “Cəfər Təyyarın tərcümə prinsipləri (Əbdürrəhman Caminin “Risaleyi-əruz” əsəri əsasında)” monoqrafiyası işıq üzü görüb. Kitabda yer alan geniş “Ön söz”ün müəllifi də E.Babayevadır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Əbdürrəhman Caminin “Risaleyi-əruz” əsəri Yaxın və Orta Şərqdə əruz elminin öyrənilməsi baxımından ən çox sevilən və oxunan əsərlərdən biri sayılır. Bu əsərin Cəfər Təyyar tərəfindən türk dilinə tərcüməsinin tədqiqi bölgədə və ümumilikdə Türk dünyasında əruzşünaslıq və qafiyəşünaslıq elminin tədrisində böyük əhəmiyyət kəsb etdiyi kimi, bu tipli mürəkkəb quruluşlu əsərlərin araşdırılmasına örnək olmaq nöqteyi-nəzərindən də önəmlidir.
Yeni nəşrin elmi redaktorları professor Tərlan Quliyev və Rüxsarə Məmmədova, rəyçisi isə Hacı Rauf Şeyxzamanlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:50]
Qədim Şəmkir şəhər yerində arxeoloji tədqiqatlar və yay məktəbi davam edir
- 07.08.2026 [16:37]
BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:44]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:38]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [17:37]