Cəlilabadda 9 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq – SƏRƏNCAM
Bakı, 14 aprel, AZƏRTAC
Prezident İlham Əliyev “Cəlilabad rayonunun Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd avtomobil yolunun əsaslı təmiri məqsədilə Prezidentin 2025-ci il 10 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:08]
Ağstafada müəllimlər arasında yarış olub
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [18:30]
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
- 29.09.2026 [17:09]