Cəlilabadda içərisində səkkiz kiloqramdan çox narkotik maddələr olan iki çanta tapılıb
Bakı, 10 iyul, AZƏRTAC
Cəlilabadda külli miqdarda narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 3-də Üçtəpə kəndi ərazisindən tapılmış 2 çantaya baxış zamanı 3 kiloqram 840 qrama yaxın heroin, 2 kiloqram 760 qram həşiş, 1 kiloqramdan artıq tiryək, 1 kiloqrama yaxın metamfetamin və 500 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.