CƏLİLABADDA TƏKRAR SEÇKİLƏR QANUN POZUNTUSU OLMADAN BAŞA ÇATMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, 69 saylı Cəlilabad–Masallı–Biləsuvar seçki dairəsi dairə seçki komissiyasının sədri Məhəmməd Abbasov ərazidə yerləşən 37 məntəqənin hamısında səsvermə başa çatdıqdan sonra ilkin nəticələri müşahidəçilərə və mətbuat nümayəndələrinə açıqlamışdır. Bildirilmişdir ki, dairə üzrə qeydə alınmış 39758 seçicidən 16022 nəfəri və ya 40,29 faizi səsvermədə iştirak etmişdir.
Səsvermə Cəlilabad rayonu üzrə 40,5 faiz, Masallı rayonu üzrə 33,7 faiz, Biləsuvar rayonu üzrə 42,1 faiz olmuşdur.
Dairədə seçkilərin gedişini 715 nəfər yerli, ABŞ və Böyük Britaniya səfirliklərindən və MDB ölkələrindən olan 4 beynəlxalq müşahidəçi izləmişdir.
ABŞ-ın Respublikaçılar İnstitutunun və Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının nümayəndələri “exit-poll” keçirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [11:47]
Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
- 10.10.2026 [20:45]