CƏNUBİ AZƏRBAYCAN ƏDƏBİYYATI TƏHLİL OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, institutun direktoru, akademik Bəkir Nəbiyev tədbiri açaraq bildirmişdir ki, İran İslam inqilabından sonra qonşu ölkədə Azərbaycan dilinə və ədəbiyyatına qadağalar aradan qaldırılmış, “Varlıq” jurnalının fəaliyyəti yaxşılaşdırılmışdır. Azərbaycan dilində şer və nəsr kitabları dərc olunmağa başlamışdır. Hazırda keçirilən konfransın məqsədi yaşadığımız dövrdə Cənubi Azərbaycan ədəbiyyatında baş verən yenilikləri, ədəbi prosesləri və istiqamətləri elmi təhlildən keçirmək, bədii təsvir və ifadə vasitələri baxımından cənublu qardaşlarımızın uğurlarına aydınlıq gətirməkdir.
Konfransda filologiya elmləri doktoru Sabir Əmirovun “Cənubi Azərbaycanda çağdaş ədəbi proses”, filologiya elmləri doktoru Rəhim Əliyevin “Sufizm və ürfan müasir mərhələdə”, filologiya elmləri namizədi İslam Qəribovun “Dollu Mustafa haqqında yeni sənədlər”, institutun baş elmi işçisi, xalq şairi Söhrab Tahirin “Cənubi Azərbaycan ədəbiyyatında bədii nəsr” mövzusunda məruzələri xüsusi maraqla qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:38]
Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq
- 05.10.2026 [20:02]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [19:16]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:10]