Cənubi Koreya KXDR ilə sərhəddə səsgücləndiricilərin fəaliyyətini dayandırıb
Pekin, 11 iyun, AZƏRTAC
Cənubi Koreya qonşu Koreya Xalq demokratik Respublikası (KXDR) ilə sərhəd zonada səsgücləndirici təbliğat vasitələrinin fəaliyyətini dayandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi açıqlama yayıb. Nazirlik bu qərarın Cənubi Koreya Prezidenti İ Ce Myonqun iki Koreya arasında etimadın bərpası və Koreya yarımadasında sülhün təminatı siyasətinə uyğun qəbul edildiyini bildirib.
KXDR əleyhinə təbliğat üçün istifadə olunan səsgücləndiricilərin fəaliyyəti iyunun 11-də günortadan etibarən tam dayandırılıb.
Qeyd edək ki, iyunun 3-də Cənubi Koreyada prezident seçkisində qalib olan İ Ce Myonq hələ seçkiqabağı təşviqat dövründə sərhəd zonada səsgücləndiricilər və vərəqələr vasitəsilə KXDR əleyhinə təbliğatın dayandırılacağını vəd etmişdi.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:39]
Fransada dövlət sektorunda ümummilli tətil keçirilir
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]