Cənubi Koreya Prezidenti millinin dünya çempionatında uğursuz çıxışının səbəblərinin araşdırılmasını istəyib
Bakı, 29 iyun, AZƏRTAC
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında Cənubi Koreya millisinin uğursuz çıxışı ölkə rəhbərliyinin narazılığına səbəb olub.
AZƏRTAC xəbər verir ki, ölkə prezidenti Li Çje Men aidiyyəti dövlət qurumlarını yığmanın uğursuz çıxışının səbəblərini hərtərəfli araşdırmağa çağırıb.
A qrupunu 3 xalla üçüncü pillədə başa vuran və pley-offa yüksələ bilməyən komandanın çıxışını dəyərləndirən dövlət başçısı gözlənilməz nəticələrin onda təəccüb və məyusluq yaratdığını bildirib.
“Bir daha aydın oldu ki, uğurun əsasında düzgün kadr seçimi dayanır. Rəhbər vəzifələrə bacarığa görə deyil, şəxsi yaxınlığa görə təyinat aparılanda nəticələr də uğursuz olur. Səriştəsiz insanların rəhbər postlara gətirilməsi isə kadr siyasətinə kifayət qədər nəzarətin olmamasından irəli gəlir”, – deyə Li Çje Men qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]