“CƏNUBİ QAFQAZDA NARKOTİKLƏRƏ NƏZARƏT” PROQRAMI ÇƏRÇİVƏSİNDƏ KONFRANS KEÇİRİLMİŞDİR
Dövlət strukturlarının, xarici ölkələrin Bakıdakı səfirliklərinin, beynəlxalq təşkilatların və yerli QHT nümayəndələrinin iştirak etdiyi tədbirdə Avropa İttifaqının maliyyələşdirdiyi və BMT İnkişaf Proqramının (İP) icra etdiyi SKAD regional yardım proqramının hazırda həyata keçirilən IV mərhələsinin fəaliyyət istiqamətlərindən danışılmışdır. Bildirilmişdir ki, bunlardan biri də narkotiklərin sui-istifadəsinə qoyulan tələbin azaldılması, narkomanların müalicəyə cəlb olunması və narkotik maddə istifadəçiləri arasında ziyanın azaldılması strategiyasının tətbiqi sahəsində beynəlxalq təcrübəyə əsaslanaraq, yerli QHT şəbəkəsinin formalaşdırılması və pilot layihələrin həyata keçirilməsindən ibarətdir.
Cıxış edənlər son illər Azərbaycanda narkomanlığın qarşısının alınmasına yönəldilmiş tədbirlərdən, hüquq mühafizə orqanlarının narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizədə qazandıqları uğurlardan mövcud problemlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.
Tədbirdə Proqramın rəy və təklifləri dinlənilmiş, “Ziyanın azaldılması strategiyası üzrə ən yaxşı məqalə” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunmuşdur.