CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNDƏ İĞTİŞAŞLAR TÖRƏTMƏKİSTƏYƏN 13 MƏHBUSUN MƏHKƏMƏSİ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Ədliyyə Nazirliyinin Məhkəmə Qərarları İcrası Baş İdarəsinin cəzaçəkmə müəssisələrində qiyam qaldırmaqla kütləvi iğtişaşlar törətmək istəyən 13 məhbusun məhkəməsi başlamışdır.
Xatırladaq ki, həmin hadisə bu il fevralın 16-da Bakıdakı 11 və 13 saylı cəzaçəkmə müəssisələrində baş vermişdir. İttiham aktına görə həmin vaxt “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun Qobustan həbsxanasına qaytarılmasını tələb edən məhbuslar qiyam qaldırmışdılar.