CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNDƏ SƏSVERMƏDAVAM EDİR
Ölkə Prezidentinin “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” 2005-ci il 11 may, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 2005-ci il 25 oktyabr tarixli Sərəncamları əsasında seçkilərin azad, sərbəst, şəffaf keçməsi üçün bütün tədbirlər görülmüşdür. Bunu hələ seçki günündən əvvəl ölkəmuzə gəlmiş beynəlxalq müşahidəçilər də təsdiq etmişlər.
Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin cəzaçəkmə müəssisələrindəki məhbuslar da Konstitusiyaya əsasən, öz vətəndaşlıq borclarını yerinə yetirərək, üçüncü çağırış Milli Məclisə seçkilərdə iştirak edirlər. 12 nömrəli cəzaçəkmə müəssisəsində məhbuslar səhər saat 9.00-dan burada təşkil olunmuş Qaradağ, Yasamal, Binəqədi seçki dairəsinin 31 saylı seçki məntəqəsində səs verməyə başlamışlar. Saat səkkiz ilə doqquz arasında cəzəçəkmə müəssisəsində səhər yeməyi və yoxlanış olduğuna görə seçkilər saat 9.00-da başlamışdır. Qeydə alınmış 578 seçicidən 50-dən çoxu saat 10.00-da artıq səsvermə prosesində iştirak etmişdir.
Səsvermə hüququna malik olan məhbuslar səsvermə prosesi ilə ətraflı tanış olunmuşlar. Səsvermə prosesini izləyən 7 müşahidəçi arasında ATƏT-dən, Norveçdən və Böyük Britaniyadan olan müşahidəçilər də vardı. Hələlik heç bir qanun pozuntusu baş verməmişdir.