Çad Fransa ilə müdafiə sahəsində əməkdaşlıq sazişini ləğv edib
Bakı, 29 noyabr, AZƏRTAC
Çad Xarici İşlər Nazirliyi Fransa ilə müdafiə sahəsində əməkdaşlıq sazişinə xitam verdiyini açıqlayıb.
AZƏRTAC “Associated Press” agentliyinə istinadla xəbər verir ki, nazirliyin nümayəndəsi Abderaman Kulamallının sözlərinə görə, sazişin ləğvi strateji əməkdaşlığa milli maraqlar əsasında yenidən baxmağa imkan yaradacaq.
Bəyanatda Çadda dislokasiya olunan təxminən min fransalı hərbçinin ölkəni tərk edəcəyi dəqiq vaxt açıqlanmayıb.
Rəsmi Paris hələlik vəziyyətə dair şərh verməyib.
Xatırladaq ki, bir müddət öncə, Mali, Burkina Faso və Niger Sahel Dövlətləri Alyansı adlı hərbi pakt imzaladıqlarını bəyan ediblər. Həmçinin onlar müdafiə sahəsində əvvəllər Parislə bağladıqları əməkdaşlıq haqqında müqavilələrə xitam verərək Fransa hərbi kontingentini öz ərazilərindən çıxarıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [16:06]
BMT QAK qış ərəfəsində Ukraynada köçkünlüyün artması barədə xəbərdarlıq edir
- 27.10.2026 [16:04]
Almaniya Prezidentinin Çinə 5 günlük səfəri başlayıb
- 27.10.2026 [16:03]
Serbiyada parlament seçkilərinin ilkin nəticələri açıqlanıb
- 27.10.2026 [15:59]
Avropada iqlim risklərinə qarşı dayanıqlılıq gücləndirilir
- 27.10.2026 [15:58]
Çin Yaxın Şərqə xüsusi nümayəndə göndərir
- 27.10.2026 [15:45]