ÇAYLARDA SULULUĞUN ARTACAĞI EHTİMALI VAR
Bakı, 16 iyun (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyunun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 22-24, gündüz 33-35 dərəcə isti olacaqdır. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə təşkil edəcəkdir.
İyunun 18-də hava şəraitinin buludlu olacağı, 17-dən 18-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, səhər və gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 20-23, gündüz 32-35 dərəcə isti təşkil edəcəkdir.
İyunun 19-da hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 20-23, gündüz 32-34 dərəcə isti olacaqdır.
Azərbaycanın rayonlarında iyunun 17-də əsasən axşam və gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, lokal leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi gözlənilir. Havanın temperaturu gecə 21-25 , gündüz 32-37 dərəcə isti, dağlarda gecə 12-17, gündüz 24-27 dərəcə isti təşkil edəcəkdir.
İyunun 18-19-da bəzi yerlərdə şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, 19-da gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 19-24, gündüz 32-37 dərəcə isti, dağlarda gecə 11-16, gündüz 23-27 dərəcə təşkil edəcəkdir.
İyunun 16-da axşam qərb rayonlarından başlayaraq 19-dək əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.