Çaylarda sululuq azalıb
Bakı, 17 iyun, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 45-50, Kiçik Qafqazın çaylarında 50-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-70 faizini təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. İyunun 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 24 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 497 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 12 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 214 kubmetr təşkil edir. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 20 santimetr azalıb.
Kür çayının aşağı axınında da suyun səviyyəsinin əsasən azaldığı müəyyən edilib.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 386, Salyanda 172, Bankədə 193, Novruzlu məntəqəsində isə 95 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.08.2026 [15:48]
Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb
- 07.08.2026 [12:54]
Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək
- 06.08.2026 [14:27]
Azərbaycanda zubrların sayı 89-a çatıb
- 06.08.2026 [12:41]
Sabahın hava proqnozu açıqlanıb
- 06.08.2026 [10:07]