Çaylarda suyun səviyyəsi dəyişməyib
Bakı, 1 iyul, AZƏRTAC
Ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-50, Kiçik Qafqazın çaylarında 50-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-80 faizini təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. İyulun 1-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 225 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 3 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 81 kubmetr təşkil edir.
Kür çayının aşağı axınında, eləcə də Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində mühüm dəyişiklik baş verməyib.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 332, Salyanda 98, Bankədə 179, Novruzlu məntəqəsində isə 48 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:23]
Sabahın hava proqnozu açıqlanıb
- 03.06.2026 [12:51]
Sabahın hava proqnozu açıqlanıb
- 02.06.2026 [15:32]
Emissiyalar yavaşladıqca, alimlər ən pis iqlim ssenarisindən imtina edirlər
- 02.06.2026 [12:48]
Sabah hava əsasən yağmursuz olacaq
- 01.06.2026 [17:00]