Çayların sululuğu ilə bağlı aparılmış araşdırmanın nəticələri açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 150 m3/s olmaqla ongünlük normanın 108 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 2 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 78 m3/s olmaqla, ongünlük normanın 86 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik baş verməyib. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 2 və Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 1sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda suyun səviyyəsi Surrada 294, Şirvanda 121, Salyanda 70, Bankədə 186, Novruzlu məntəqəsində isə 22 sm təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]