Çempionlar Liqasının yarımfinalçıları məlum olub
Bakı, 14 aprel, AZƏRTAC
Bu gün UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin cavab oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, koronavirus pandemiyası səbəbindən İngiltərənin “Çelsi” klubu Portuqaliyanın “Portu” komandasını İspaniyadakı “Ramon Sançes Pisxuan” stadionunda qəbul edib. Oyunun sonuna əlavə olunan dəqiqlərdə “Portu” klubunun oyunçusu Mehdi Taremi baxımlı qola imza atıb. Oyun minimal hesabla başa çatıb (0:1). İlk qarşılaşmada “Çelsi” rəqibini 2:0 hesabla məğlub etdiyindən yarımfinala adlayıb.
Günün maraqla gözlənilən digər matçı “Bavariya” ilə “Paris Sen-Jermen” arasında baş tutub. İlk qarşılaşmada “Bavariya”nı 3:2 hesabı ilə üstələmiş “Paris Sen-Jermen” bu qarşılaşmada 0:1 hesabı ilə məğlub olub. Oyundakı yeganə qola 40-cı dəqiqədə Erik Maksim imza atıb. Əldə olunan qələbə “Bavariya”nın yarımfinala yüksəlməsi üçün kifayət etməyib.
Beləliklə “Çelsi” və “Paris Sen-Jermen” UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:01]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]