Çexiya COVID-19 antigenləri ilə bağlı üçgünlük pulsuz yoxlamalar tətbiq edir
Praqa, 2 fevral, AZƏRTAC
Çexiya sakinləri öz orqanizmində koronavirus antigenləri olduğunu yoxlamaq üçün üç gündə bir dəfə pulsuz testlərdən keçə biləcəklər.
AZƏRTAC xəbər verir ki, yaxın günlərdə qəbul edilmiş və bu həftənin əvvəlindən qüvvəyə minmiş bu qərar ölkədə COVID-19 virusunun daha yoluxucu, lakin nisbətən az ölümcül olan Britaniya ştammının yayılması ilə bağlıdır. Bundan əvvəl antigenlərlə bağlı pulsuz testləri beş gündə bir dəfə vermək olardı.
COVID-19 virusunun mutasiyaları hakimiyyət orqanlarını üçgünlük pulsuz yoxlamalar sxeminə keçməyə vadar edib. Aşkardır ki, şəxsi profilaktika məqsədilə bu cür yoxlamaları tez-tez aparmağın vaxtı yetişib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]