Çexiyada “Azərbaycanın geosiyasi mənzərəsi: Müasir problemlər, 1991-2018-ci illər” kitabı nəşr olunub
Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 15-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin redaktoru və həmmüəllifi olduğu “Azərbaycanın geosiyasi mənzərəsi: Müasir problemlər, 1991-2018-ci illər” (Azerbaijan’s Geopolitical Landscape: Contemporary Issues, 1991-2018) kitabı Çexiyanın Karlov Universitetinə məxsus “Karolinum Press” nəşriyyatında çap olunub. Kitab, eyni zamanda, Çikaqo Universitetinə məxsus “Chicago University Press” tərəfindən də yayılır.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kitabda müstəqillik dövründə Azərbaycan ətrafında yaranmış siyasi vəziyyətdən bəhs edilir. Azərbaycan, digər yerli və xarici alimlər tərəfindən yazılmış müxtəlif bölmələrdə Ermənistan-Azərbaycan münaqişəsi (Fərid Şəfiyev), Azərbaycan-Avropa İttifaqı əlaqələri (Anar Vəliyev), Azərbaycanın enerji baxımından Avropada əhəmiyyəti (Robert Katler), Azərbaycan-Rusiya (Kamran İsmaylov), Azərbaycan-Türkiyə (Şamxal Abilov), Azərbaycan-İran (Mitçel Belfer), Azərbaycan-Səudiyyə Ərəbistanı (Lusi Şveydova) əlaqələri təhlil edilir.
COVID-19 pandemiyası ilə əlaqədar kitabın rəsmi təqdimatının payızda təşkil edilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]