Çexiyada COVID-19 virusuna yoluxanların sayı artır
Praqa, 5 iyul, AZƏRTAC
Dünən Çexiyada COVID-19-a 128 yeni yoluxma faktı aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bu göstərici ötən bazar günü ilə müqayisədə iki dəfə çoxdur. Çexiyanın Səhiyyə Nazirliyində bildiriblər ki, koronavirusun yayılma əmsalı ölkə sakinlərinin hər 100 min nəfərinə 1,3 təşkil edir. Təşviş yaradan fakt odur ki, bu dinamika faizlə yanaşmada yanvardan bəri yoluxmalarda ən yüksək artımdır.
Hazırda Çexiyada bu xəstəlikdən 1447 nəfər müalicə alır, onlardan 33 nəfəri xəstəxanalara yerləşdirilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]