Çexiyada xəstəxanalarda çarpayıların kəskin çatışmazlığı hiss olunur
Praqa, 2 fevral, AZƏRTAC
COVID-19 xəstələrinin müalicəsi üçün xəstəxanaların intensiv müalicə palatalarında yer ayrılmasına yardım məqsədilə AFR-ə müraciət etmək barədə Çexiyada vətəndaşların və siyasətçilərin ölkə hökumətinə çağırışları getdikcə daha çox səslənməkdədir.
AZƏRTAC xəbər verir ki, bu, son günlər xüsusilə kəskin hiss olunan boş çarpayı yerlərinin çatışmazlığı ilə bağlıdır. Çexiya vətəndaşları “Change.org” portalında “Təcili yardım maşınları üçün sərhədləri açın” onlayn-petisiya yaradıblar. Karlovı Varının başçısı ölkə Prezidenti Miloş Zemana müraciətində Çexiyadan xəstələrin AFR-in yaxın əyalətlərinə daşınması imkanlarını alman həmkarları ilə müzakirə etməyi xahiş edib.
Çox maraqlıdır ki, Karlovı Varı ətrafındakı inzibati rayonun xəstəxanalarının bircə çarpayısı belə koronaviruslu xəstələr üçün pulsuz olmayıb. Siyasətçilər Çexiyadakı bu vəziyyəti cansıxıcı hesab edirlər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]