Çimərlik futbolu üzrə Azərbaycan millisi Küveyt yığmasına qalib gəlib
Bakı, 6 may, AZƏRTAC
Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Küveyt milli komandası hazırlıq çərçivəsində millimizlə yoldaşlıq oyunu keçirib.
AZƏRTAC xəbər verir ki, Bakı Su İdman Sarayının ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 5:0 hesabı ilə komandamızın xeyrinə başa çatıb.
Avtoqolun qeydə alındığı oyunda millimizin digər qollarına Orxan Məmmədov (2), Emin Mehdiyev və Elşad Manafov imza atıblar.
Qeyd edək ki, Küveyt millisi Bakı toplanışı çərçivəsində millimizə qarşı mayın 7-də, 8-də və 11-də daha üç oyun keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]