Çin ABŞ rəsmilərinin Tayvana səfərini qınayıb
Pekin, 17 sentyabr, AZƏRTAC
Rəsmi Pekin ABŞ dövlət katibinin İqtisadi inkişaf, enerji və ətraf mühit üzrə müavini Kit Krakın Tayvan adasına səfərini qınayıb.
AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Van Venbin sentyabrın 17-də keçirdiyi mətbuat konfransında ölkəsinin ABŞ rəsmisinin Tayvana səfərinə qəti etirazını bəyan edib. O, Birləşmiş Ştatları “Vahid Çin” prinsipinə və Çin-ABŞ birgə bəyannaməsinə sadiq olmağa çağırıb.
“Bu səfər “Vahid Çin” prinsipini və Çin ilə ABŞ arasında imzalanmış 3 birgə bəyannaməyə ziddir”, - deyən Van Venbin ölkəsinin Vaşinqtondan Tayvan məsələsinə müdaxiləni dərhal dayandırmağı tələb etdiyini bildirib. Qeyd edib ki, Çin vəziyyətin inkişafına uyğun olaraq lazımi cavab tədbirləri görəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]
Kreml Putinin Tramp və Zelenski ilə mümkün görüşünə münasibət bildirib
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]