ÇİN AZƏRBAYCANIN ENERJİ LAYİHƏLƏRİNDƏ İŞTİRAK ETMƏK NİYYƏTİNDƏDİR
AZƏRTAC-ın Sinxua agentliyindən aldığı xəbərdə deyilir ki, Çin Xalq Respublikası Azərbaycan ərazisində iki iri layihənin gerçəkləşdirilməsində ölkəmizə kömək etmək niyyətində olduğunu bildirmişdir. Bunu ölkəmizin ÇXR-dəki səfiri Yaşar Əliyev mətbuat konfransında açıqlamışdır. Onun sözlərinə görə, Çin energetikləri Mingəçevir SES-in yenidən qurulmasında və Azərbaycanın şimalına elektrik enerjisi nəql edəcək xətlə yanaşı, burada iri yardımçı elektrik stansiyasının da tikilməsində ölkəmizə öz yardımlarını təklif etmişlər. Layihələrin ümumi dəyəri 35-40 milyon dollardır.
Hazırda respublikamızın ərazisindəki bir sıra enerji bloklarının modernləşdirilməsində Çinin iştirakı barədə də danışıqlar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]