Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Çin” məscid - qədim sikkələrin nümayiş olunduğu məkan

Bakı, 16 sentyabr, AZƏRTAC

Hər bir xalqın tarixinin öyrənilməsində maddi-mədəni nümunələrdən qədim pullar və sikkələr mühüm yer tutur. Tarix, mədəniyyət və etnoqrafiyanı özündə əks etdirən və bütün dövrlərdə mübadilə vasitəsi kimi əhəmiyyətini itirməyən pul sistemləri müxtəlif ölkə və xalqların həyatında xüsusi rol oynayıb. Qədim pul və sikkələri öyrənən bu elm sahəsi numizmatika adlanır.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən “Çin” məscidində yaradılmış ekspozisiya numizmatika elmi barədə gənc nəslin maarifləndirilməsi və ölkəmizə təşrif gətirən xarici turistlərə tarixən Azərbaycanda dövriyyədə olan pul vahidlərini tanıtmaq məqsədi daşıyır.

Arzuların “çin” olduğu məkan

Məscid Şirvаnşаhlаr Sаrаy Kоmplеksinin yaxınlığında Şərq darvazasının aşağı hissəsində yerləşir. Fаsаd üzərində, giriş qapısının üstündəki еpiqrаfik kitabə tiklinin 1375-ci ildə Fəzlullаh İmаm Оsmаn Şirvаni оğlunun vəsiyyəti ilə inşа оlunmаsından xəbər verir. Təsadüfi deyildir ki, bəzən məscidi оnun adı ilə də аdlаndırırlаr. Fаsаd üzərindəki digər еpiqrаfik yazıdan məlum оlur ki, аbidəni 1772-73-cü illərdə Məsud Əli bərpа edib. Xalq etimologiyasına görə, məscidə “Çin” adı verilməsi bura üz tutanların arzu və diləklərinin çin olması ilə əlaqədardır. Ох üzrə intеryеrin cənub divаrındа dördbucаq çərçivəyə аlınmış bеşyаruslu stаlаktik mеhrаb bütövlükdə Şirvаn-Abşеrоn mеmаrlıq məktəbinin müəyyən kоmpozisiyа mоtivini əks etdirir.

Tarixi özündə yaşadan qədim pullar və sikkələr

Qədim pullar və sikkələr “Çin” məscidi kimi tanınan tarixi abidədə nümayiş olunur. Tarixdən məlumdur ki, qədim dövlətlər adətən pullarını müqəddəs məbədlərdə zərb etdirir və xəzinələrini orada gizlədirdilər. Müqəddəs məbədlərin toxunulmazlıq statusu olduğuna görə burada pul kütləsi, həmçinin ayrı-ayrı dövlətlərin və varlıların sərvətləri qorunurdu. Xəzinələri kahinlər və rahiblər qoruyurdu. Orta əsrlərdə Şərqdə mövcud olan belə məbədlərdən türbələri və məscidləri misal çəkmək olar. Həmin tarixi ənənənin davamı olaraq ölkəmizdə tapılan qədim sikkə və pul nümunələri “Çin” məscidində numizmatika ekspozisiyasında nümayiş etdirilir və qorunub saxlanılır.

Azərbaycanda pulaqədərki tədavül vasitələrindən başlayaraq müxtəlif dövrlərdə mövcud olmuş Sasanilər, Səfəvilər, Şirvanşahlar və digər dövlətlərdə, xanlıqlar dövründə zərb edilmiş yerli və əcnəbi pul vahidləri və sikkələr, həmçinin digər maraqlı qədim eksponatlar muzeyin əsas ekspozisiyasını təşkil edir. Eksponatlar ayrı-ayrı dövrlərə bölünərək müxtəlif vitrinlərdə qruplaşdırılıb. Dövrün ümumi xüsusiyyətləri, həmin dövrə aid pul vahidlərinin spesifikası, növləri və haradan tapılması haqqında yazılı məlumat vitrinlərin kənarındakı ayrıca lövhədə yerləşdirilib. Muzey bələdçilərinin sikkələr haqqında verdikləri maraqlı informasiya ziyarətçilərdə dolğun təəssürat yaradır.

Muzeydə nümayiş olunan Hind okeanından gətirilən qarnıyarıq balıqqulağı, Bakı və Abşeron ərazisindən, xüsusən də İçərişəhər ərazisindən aşkar edilmiş bir sıra bəzək əşyaları, tuncdan hazırlanmış bıçaq və nizə ucluqları, baltalar və iynələr də Azərbaycanda pulaqədərki tədavül vasitələri barədə ətraflı məlumat verir.

Ölkəmizdə aşkar olunan ən qədim pul nümunəsi Əhəməni hökmdarı Kserks tərəfindən zərb edilib. Həmin pullarla yanaşı Qafqaz Albaniyasında zərb edilən yerli “oxşatma” sikkələr də həmin dövrün əsas mübadilə vasitələri olub.

Eramızdan əvvəl II əsrdən etibarən Parfiya dövlətinin adından zərb edilən və 200-250 ilə yaxın tədavüldə olan sikkələr isə ölkəmizin bütün ərazisindən tapılıb. Həmin pulların üz tərəfində hökmdarın portreti, geyimi və onun üzərindəki bəzək elementləri, hakimiyyət rəmzlərinin simvolları əks olunub. Sikkənin digər tərəfində onun zərb edildiyi yer, yunan hərfləri ilə hökmdarın adı və titulları göstərilirdi.

Bizim eranın III əsrinin ortalarından Azərbaycan Sasanilər imperiyasında ərazi-inzibati bölgüsünün bir hissəsinə çevrilir və ilk dəfə mərkəzləşmiş imperiyadan pul zərb etmək səlahiyyəti əldə edir. Ekspozisiyada nümayiş olunan Sasani imperiyasının qızıl pul vahidinin üz tərəfində hökmdar Varahram, xanımı və varisinin rəsmi təsvir olunmuş, o biri tərəfində isə onun titulları və dövlət rəmzləri əks olunub. Gümüş və qızıl pulların üzərində şəhərlərin adları qısaldılmış şəkildə göstərilib.

Ərəb xilafəti dövründə Azərbaycanda zərb edilən dinar, dirhəm və fuluslar rəsmi tədavül vasitəsi olaraq ayrı-ayrı dövlətlər yarananadək mövcud olub. Beləcə, Əmir Teymur Qafqazı işğal edənədək bu sikkələr pul münasibətlərinin əsasını təşkil edirdi. XIV əsrin sonlarından tənsə və miri adlı nominallar dövriyyəyə daxil olur.

Çox maraqlı pullar Şirvanşahlar dövləti tərəfindən dövriyyəyə buraxılıb. Bu pullar öz formalarına və hazırlanma texnologiyasına görə təkraredilməzlik statusunu bu günə qədər saxlayıb. Bu sikkələrin üzərində hökmdarın titulları sırasında Şirvanşah sözü həmişə cümlənin sonunda yerləşirdi. Şirvanşahlar dövrünün pul vahidlərinin gümüş örtüklü mis sikkələr olmasına səbəb bu dövrdə gümüşün ixrac olunması səbəbiylə gümüş ehtiyatlarının azalması və çatışmazlığı idi. Yerli hökmdarların adına zərb edilmiş sikkələrdə titullar, adlar tam əks olunub.

İki əsrdən artıq mövcud olmuş Səfəvilər dövlətinin qızıl və gümüş pulları qeyri-adi məzmuna malik idi. Bu sikkələrin əsas cəhəti onların üzərində ərəb əlifbasının nəfis süls xətti ilə “Əliyyən Vəliyullah” kəlamı, 12 imamın adı, dövrün bir sıra şairlərinin şeirlərindən nümunələr və fəlsəfi fikirlərin zərb olunmasıdır.

Sonuncu Azərbaycan pulları xanlıqlar dövründə zərb edilib. Anonim xarakterli bu pullar yalnız ölkə daxilində ticarət münasibətlərində yararlı idi. Rusiya və Macarıstan imperiyalarının qızıl pul vahidləri olan “çervonlar” sikkədən daha çox bəzək əşyalarına bənzərliyi ilə fərqlənir ki, bu da həmin pulların az müddət dövriyyədə olması və sonradan xanımların onlardan bəzək əşyası kimi istifadə etməsi ilə bağlıdır.

Muzeydə, həmçinin ölkəmizdə mövcud olmuş zərbxanalar və pullarının yayıldığı əraziləri göstərən iki xəritə də nümayiş olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiyada qasırğa səbəbindən 280-dən çox reys ləğv edilib

Bu gün Laçın Şəhəri Günüdür

ABŞ-də "Black Hawk" hərbi helikopteri qəzaya uğrayıb

ABŞ strateji bombardmançı təyyarələrin modernləşdirilməsinə yüz milyonlarla dollar xərcləyəcək

NBC İranın ABŞ kəşfiyyat obyektlərinə vurduğu ziyanı milyardlarla dollar qiymətləndirir

“Axios”: ABŞ İrana yeni zərbələr endirməyi planlaşdırmır

“Heart Aerospace”dən uğurlu sınaq – 27 dəqiqəlik uçuşa 5 dollarlıq enerji sərf olundu

Kanada ABŞ-nin 50 faizlik tarif tətbiq etməsinə cavab verəcək

“Politico”: Aİ öz vəzifəli şəxslərinə qarşı kiberhücumları ilin əsas təhdidlərindən biri adlandırıb

Tahir Gözəl: “Sabah”a Çempionlar Liqasının əsas mərhələsində uğurlar arzulayıram

Uels klubu “Sabah”ı tarixi nəticəyə görə təbrik edib

Qəza siqnalı göndərən ABŞ hərbi təyyarəsi Almaniyaya eniş edib

“Sabah”dan tarixi nəticə: İlklər və rekordlar

“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib

Abbas Əraqçi: İran və Omanın Hörmüz boğazı ilə bağlı razılaşması regional nizamlanmanın nümunəsidir

Blokada səbəbindən 10-dan çox İran tankeri Şri-Lanka sahillərində qalıb

"Sabah"ın futbolçusu: Meydana daxil olanda uşaqlar deyirdi ki, sən qol vuracaqsan

Hindistanda dörd qolu və dörd ayağı olan körpə dünyaya gəlib

Valdas Dambrauskas: Dünyanın ən xoşbəxt baş məşqçisiyəm

Coy Lens Mikels: Çox çətin oyun oldu

“Sabah”ın özbəkistanlı futbolçusu: Liqa mərhələsinə yüksələcəyimizə inanırdıq

Suriya Demokratik Qüvvələrinin buraxıldığı elan olunub

ABŞ-də bayraqlar bir həftə yarıyadək endiriləcək

Sabah Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Fransanın vergi idarəsinə haker hücumu: yüzlərlə zərərçəkən dövlətə qarşı kollektiv iddia qaldırır

Salyanda ölümlə nəticələnən yol qəzası olub

"Sabah" ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB 10

Məşhur amerikalı müğənni Dolli Parton dünyasını dəyişib

Azərbaycan səfiri etimadnaməsini Sudanın Suveren Keçid Şurasının Sədrinə təqdim edib

Sabah ölkənin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq

Əbədi dostluq – Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ

Ekspert: Gələcəkdə əsas təhlükə AI-nin özü deyil, insanların ondan necə istifadə etməsi olacaq

Qarabağın və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalının açılışı olub VİDEO

Qarabağın və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalının açılışı olub VİDEO

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

Frank-Valter Ştaynmayer: Almaniyada birinci və ikinci dərəcəli vətəndaş yoxdur

Bu saata olan əsas xəbərlər

“Sabah” - “Hapoel” oyunu üçün start heyətlər bəlli olub

Qadınların zərifliyini və mənəvi zənginliyini əks etdirən sərgi – “Bir İnci” VİDEO

Qadınların zərifliyini və mənəvi zənginliyini əks etdirən sərgi – “Bir İnci” VİDEO

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə: nəticələr və prioritet istiqamətlər

Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə növbəti tədarük həyata keçirilib

Azərbaycan hərbçiləri üçün 4 aylıq ingilis dili kursu açılıb

Tramp Hörmüz boğazında bütün minaların məhv edildiyini açıqlayıb

Azərbaycanda mobil internetin sürəti 33,5 faizədək artıb

“Maarifçi” proqramının iştirakçıları Azərbaycanın xarici siyasətinin prioritetləri barədə məlumatlandırılıb

Tramp ABŞ-Cənubi Koreya birgə hərbi təlimlərinin azaldılmasına göstəriş verib

Bakı-Daşkənd-Ankara xətti Avrasiyada yeni geosiyasi tarazlığın əsas dayaqlarından birinə çevrilir ŞƏRH

Dələduzluqda ittiham olunan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib

Azərbaycan-Özbəkistan münasibətləri regional strateji maraqların vəhdətinə əsaslanır ŞƏRH

Peşə təmayüllü siniflər əmək bazarının gələcək kadrlarını yetişdirir

Naxçıvanda avqust ayı üzrə bütün növ sosial müavinətlər ödənilib

Qubada tələbələr üçün “GeoCamp” yay düşərgəsinin açılışı olub

Azərbaycan-Özbəkistan münasibətləri dövlətlərarası əməkdaşlıqdan ortaq inkişaf modelinə yüksəlir - ŞƏRH

Rəcəb Tayyib Ərdoğan: “Türkiyə Əsri”ni qurmağa başlamışıq

Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyini 15 medalla başa vurublar

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Meksika mətbuatı Azərbaycan Prezidentinin Özbəkistana səfərini işıqlandırıb

Sabirabad Sənaye Məhəlləsində istehsal 3 dəfədən çox artıb

Bakıda 66 yolötürücüsü və körpüyə baxış keçirilib

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

Avropa çempionatı: Belçikanın voleybol millisi Rumıniyanı məğlub edib

Daşkəndlə tərəfdaşlıq Azərbaycanın digər regional bazarlarla əlaqələrində əlavə imkan yaradır ŞƏRH

Şirin Məlikova: Milli İncəsənət Muzeyinin Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərində iştirakı bizim üçün xüsusi əhəmiyyət kəsb edən hadisə oldu

Bir il əvvəl qonaq kimi getdi, indi tələbə kimi qayıdır - Amal Mirzəyevin hekayəsi

Gəncədə əmək yarmarkası: 27 müəssisə, 168 vakansiya

Azərbaycan-Özbəkistan aqrar əməkdaşlığında yeni imkanlar yaranır – ŞƏRH

Xocavəndə qayıdan ailələr doğma yurdda yeni həyata başlayırlar

Mərkəzi Bank rəsmisi Daşkənddə süni intellektin maliyyə sektoruna təsirindən danışıb

Türk mütəxəssis: Azərbaycan-Özbəkistan ittifaqı Türk dünyasında yeni geosiyasi xətt formalaşdırır

® “Azercell” qadınları dəstəkləyən müsabiqə elan edir

Bakıda keçiriləcək beynəlxalq güləş yarışları üçün Azərbaycan yığmalarının heyəti açıqlanıb

Malik Mansurov: Azərbaycan və Özbəkistan musiqiçilərinin hər görüşü yeni bir məktəblə tanışlıq imkanı yaradır

Azərbaycanda xalça istehsalı 41 dəfədən çox artıb – QRAFİK

Sakit okeandakı Vanuatu adalarında vulkan püskürüb

“Sabah”ın oyunu ilə əlaqədar stadionun qarşısındakı mübadilə mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb

Oğuzda çiyələk istehsalı genişləndirilir - hədəf xarici bazarlardır

Hörmüzdən keçən gəmilərin sayı münaqişənin başlanğıcından bəri ən aşağı göstəriciyə düşüb

Zəfər parkında “Mütaliə və melodiya”: fəal gənclərə kitablar hədiyyə olunacaq

Məşhur futbolçular Portuqaliya klubunun səhmlərini satın alıblar

Səfir Rəhmatulla Nurimbetov Azərbaycan Prezidentinin Özbəkistana səfərinin yekunlarını şərh edib VİDEO

Səfir Rəhmatulla Nurimbetov Azərbaycan Prezidentinin Özbəkistana səfərinin yekunlarını şərh edib VİDEO

Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dənizkənarı Bulvar İdarəsi” və “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 may tarixli 2665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

DSMF: Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

Britaniyanın dənizçilik şirkəti Azərbaycanda birgə müəssisə yaradıb

Azərbaycanla Pakistan arasında hərbi əlaqələr barədə fikir mübadiləsi aparılıb

® Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, anesteziologiya və reanimasiya şöbəsində 24/7 rejimində tibbi xidmətlər göstərilir

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” adlı sərgi istifadəçilərə təqdim olunub

İsmayıllı, Ağsu və Qəbələ sakinlərinin istilik təchizatı ilə bağlı müraciətləri dinləniləcək

Su Ehtiyatları Agentliyi yeni rəqəmsal QR Bələdçi platformasını istifadəyə verib

Oğuzda baş verən qəzada 7 nəfər xəsarət alıb VİDEO

Oğuzda baş verən qəzada 7 nəfər xəsarət alıb VİDEO

Pakistanlı kinorejissor: Azərbaycan və Pakistan kinematoqrafçıları arasında əməkdaşlığın inkişaf etdirilməsi vacibdir

Əlilliyi olan 120-dən çox gənc yeni peşələrə yiyələnir

Qədim şəhərə səyahət: Gənclər Qəbələnin tarixi irsi ilə tanış olublar

Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək - XƏBƏRDARLIQ

“F-Holding”in təsisçisi: Azərbaycan-Özbəkistan əməkdaşlığında iqtisadi potensial tam reallaşdırılmalıdır

Qədim əlyazmalardan süni intellektə qədər: Daşkənddə İslam Sivilizasiyası Mərkəzi - REPORTAJ VİDEO

Qədim əlyazmalardan süni intellektə qədər: Daşkənddə İslam Sivilizasiyası Mərkəzi - REPORTAJ VİDEO

“Brent” neftinin qiyməti 90 dollardan aşağı enib

Aqrar Xidmətlər Agentliyinin Mərkəzi Laboratoriyasında bu il torpaq üzrə 803 nümunə qəbul edilib