Çin və Hindistan sərhəd məsələlərini mümkün qədər tez həll etmək barədə razılığa gəliblər
Bakı, 12 oktyabr, AZƏRTAC
Çin və Hindistanın müdafiə rəsmiləri qalan sərhəd məsələlərini mümkün qədər tez həll etməyə razılaşıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Müdafiə Nazirliyi məlumat yayıb.
Çin nazirliyinin yaydığı bəyanatda deyilir: “Hər iki tərəf gələcəyə yönəlmiş səmimi və açıq fikir mübadiləsi aparıb, hərbi və diplomatik kanallar vasitəsilə dialoqun sürətini saxlamaq və həll edilməmiş məsələləri mümkün qədər tez həll etmək barədə razılığa gəliblər”.
Qeyd edək ki, 2020-ci ilin may ayında Hindistan-Çin sərhədindəki dağlıq Ladax bölgəsində hər iki tərəfdən itki ilə nəticələnən toqquşmalar baş verib. Hindistan Ladaxa 68 min əsgər, hərbi təyyarə, yüzlərlə tank və digər ağır silahlar yerləşdirib. Çin də bölgədəki hərbi varlığını əhəmiyyətli dərəcədə artırıb. Bir sıra danışıqlardan sonra Pekin və Yeni Dehli qoşunların sərhəd xəttindən çıxarılmasına başlayıb və bu hələ tamamlanmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [23:20]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [22:57]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:23]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [21:45]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:17]
Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]