Çin və Monqolustandan gələn sarı qum buludu Yaponiyanın şimal ərazilərinə də çatıb
Tokio, 30 mart, AZƏRTAC
Yaponiya Meteorologiya Agentliyi Çin və Monqolustan səhralarından gələn sarı qum buludunun ölkənin cənub-qərb rayonlarını ağuşuna alması barədə məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, qərb küləyi tərəfindən gətirilən qum buludu martın 30-da artıq ölkənin şimal rayonlarına da çatıb. Bildirilir ki, həmin gün səhər saat 10-a olan məlumatlara görə Yamaquçi prefekturasının Şimonoseki və Şiqa prefekturasının Hikone şəhərlərində qum buludu görüntünün 3 kilometrədək azalmasına səbəb olub. Yaponiyanın qərbində yerləşən Fukuoka, Oiça və Kobe şəhərlərində isə görüntü 4 kilometrədək azalıb.
Agentliyin məlumatında qum buludunun Yaponiyanın qərbindən şimala doğru hərəkəti nəticəsində görüntünün 5 kilometrədək azalacağı gözlənilir. Bunun nəqliyyatın hərəkətində problemlər yaradacağı barədə xəbərdarlıq edən meteoroloqlar sürücüləri ehtiyatlı davranmağa və sayıq olmağa çağırırlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]
Kreml Putinin Tramp və Zelenski ilə mümkün görüşünə münasibət bildirib
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]