Çin Xalq Respublikasının Sədri ŞƏT Sammitində qlobal idarəetmə təşəbbüsünü irəli sürüb
Tiencin, 1 sentyabr, AZƏRTAC
Çin Xalq Respublikasının Sədri Si Cinpin “ŞƏT plyus” formatında keçirilən görüşdə daha ədalətli dünya sistemi qurmaq üçün qlobal idarəetmə sahəsində təşəbbüslə çıxış edib.
AZƏRTAC xəbər verir ki, ardıcıl qlobal inkişaf, qlobal təhlükəsizlik və qlobal sivilizasiya təşəbbüslərindən sonra Çin Xalq Respublikasının Sədri qlobal idarəetmə təşəbbüsünü irəli sürüb. O, çıxışında bütün ölkələrlə birlikdə daha ədalətli və bərabərhüquqlu qlobal idarəetmə sisteminin yaradılması üzərində işləməyə və bəşəriyyət üçün ortaq gələcəyi olan bir cəmiyyətə doğru irəliləməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının Sammiti avqustun 31-dən sentyabrın 1-dək Çinin Tiencin şəhərində keçirilir. Tədbirdə 20-dən çox ölkənin liderləri, həmçinin beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]