“ÇINARLI RAYON” KAMPANİYASI KEÇİRİLİR
Nərimanov bələdiyyəsinin sədri Hüseyn Cəfərov AZƏRTAC-a bildirmişdir ki, ulu öndərimiz Heydər Əliyevin vaxtilə yaşıllaşdırma haqqında tövsiyələrini nəzərə alaraq, rayonumuzun ərazisində yaşıllıq zolaqlarını artırmaq məqsədilə “Çinarlı rayon” kampaniyasını həyata keçiririk. Bir aydan artıqdır ki, rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın sürətləndirilməsi (2004-2008-ci illər) proqramına uyğun olaraq və kollektivimizin təşəbbüsü ilə müvafiq ərazilərdə, sənaye müəssisləri ətrafında 100-dən çox çinar ağacı əkilmiş və onlara daim qulluq edilir. Üzümüzə gələn yeni, 2006-cı ilədək daha 150 çinar tingi əkiləcəkdir. Bakının bütün bələdiyyələrini bizim təşəbbüsümüzə qoşulmağa və öz ərazilərində ağac əkməyə çağırırıq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]