Çində mədən qəzasında 8 nəfər həlak olub - YENİLƏNİB
Bakı, 12 yanvar, AZƏRTAC
Çinin Henan əyalətində kömür mədənində baş vermiş qəza nəticəsində 8 nəfər ölüb, daha 15 nəfər itkin düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Xilasedicilər mədəndə qalan 22 nəfərlə əlaqə yarada biliblər.
Bundan əvvəl mədəndə 61 nəfərin olduğu bildirilmişdi.
20:35
Çinin Henan əyalətinin Pindinqşan şəhərində kömür mədənində baş verən qəzada azı 14 nəfər itkin düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
İlkin araşdırmalara görə, mədəndə 61 nəfər olub. Ərazidə xilasedicilər işləyir.
Qəzaya səbəbin havalandırma sistemində baş verən qaz sızıntısı olduğu ehtimal edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]