Çində məktəbin mühafizəçisi 40 nəfəri bıçaqla yaralayıb
Pekin, 4 iyun, AZƏRTAC
Çinin Quansi Cuan muxtar rayonunda orta məktəblərin birində mühafizəçi işləyən şəxs məktəblilərə hücum edərək 40 nəfəri yaralayıb.
AZƏRTAC yerli səlahiyyətli qurumlara istinadla xəbər verir ki, hadisə Ucou şəhərinin Vanpu qəsəbəsində yerli vaxtla səhər saat 8:30 radələrində baş verib. Orta məktəbdə mühafizəçi işləyən 50 yaşlı Li Siaomin adlı şəxs şagirdlərə hücum edib. O, aralarında şagird, müəllim və məktəb işçiləri olmaqla 40 nəfərə bıçaqla xəsarət yetirib. Bütün yaralılar xəstəxanaya yerləşdirilib. Məktəbin direktoru, digər mühafizəçi və bir şagirdin vəziyyəti ağırdır.
Hadisə yerinə gələn polislər cinayəti törətməkdə şübhəli bilinən şəxsi saxlayıb. Hazırda araşdırma aparılır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]