Çində nikahların və doğumların sayı kəskin azalır
Bakı, 14 iyun, AZƏRTAC
Ötən il Çində nikahların və doğumların sayında ən aşağı göstərici qeydə alınıb.
AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, ölkədə demoqrafik böhran hökumətin narahatlığına səbəb olub.
Çinin Vətəndaş İşləri Nazirliyinin məlumatına görə, 2022-ci ildə ölkədə 6,83 milyon cütlük evlənib ki, bu da 2021-ci ildə qeydə alınan 7,63 milyonluq göstəricidən 10,5 faiz az olmaqla, nikah statistikasının aparıldığı 1986-cı ildən bəri rekord azalmadır.
Eyni zamanda, ötən il Çin əhalisi 60 ildə ilk dəfə azalmağa başlayıb və min nəfərə 6,77 doğuş düşüb. Bu, ÇXR-də Kommunist partiyasının hakimiyyətə gəldiyi 1949-cu ildən bəri ən aşağı göstəricidir.
Uşaqların sayına nəzarət siyasətini yüngülləşdirən, nikah və doğumu stimullaşdırmaq üçün yeni üsullar axtaran Çin hakimiyyətinin son illər bu tendensiyasını geri döndərmək üzrə cəhdləri hələlik nəticə vermir. Lakin ÇXR doğumun kəskin zəifləməsi və əhali sayının azalması tendensiyası ilə üzləşən yeganə ölkə deyil. Son illər Yaponiya və Cənubi Koreya da doğumun stimullaşdırılması istiqamətində tədbirlər görür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]