Çində su basmış tuneldə 14 nəfər köməksiz vəziyyətdə qalıb
Pekin, 15 iyul, AZƏRTAC
Çinin Quandun vilayətində avtomobil yolu üzərindəki inşası davam edən tunelə daşqın sularının dolması nəticəsində ən azı 14 nəfər köməksiz vəziyyətdə qalıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, hadisə səhər saatlarında Cuhay şəhərində baş verib. Bu, son günlər Çinin müxtəlif bölgələrində mövsüm yağışlarının törətdiyi fəsadlardan biridir.
Fövqəladə Hallar Nazirliyi tuneldə qalanların xilası üçün təxminən 1000 nəfərlik canlı qüvvə, 22 xüsusi texnika cəlb edib. Tuneldə qalanların yerini müəyyən etmək hələ mümkün olmayıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]