ELM VƏ TƏHSİL
Çində telefona baxaraq yeriyən piyadalar üçün ayrı bir zolaq yaradılıb
Bakı, 9 iyun, AZƏRTAC
Çinin Şian şəhərində “ağıllı” telefonlara baxaraq yeriyən piyadalar üçün ayrıca zolaq yaradılıb.
AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, qırmızı, yaşıl və mavi rənglərə boyanan zolağın eni 80 santimetr, uzunluğu isə 100 metrdir. Magistraldan ayrılan zolağın üzərinə “ağıllı” telefon” işarəsi çəkilib. Bu da zolağı digər piyada yollarından ayırır.
Şəhərin sakinləri bu zolağın yaradılmasından məmnunluqlarını bildiriblər. "Məlum olduğu kimi gənclər günlərini telefonlardan istifadə edərək keçirirlər. Belə bir təşəbbüsün reallaşmasını yüksək dəyərləndiririk. Hesab edirik ki, bu, telefonlar ilə daha çox vaxt keçirən piyadaların müdafiəsi baxımdan əhəmiyyətlidir”, - deyə sakinlər vurğulayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [19:14]
Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib
- 03.05.2024 [19:11]
Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir
- 03.05.2024 [18:58]
Təhsil İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib
- 03.05.2024 [18:42]
AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub
- 03.05.2024 [18:35]