Çingiz Abdullayev: Şuşa xalıqımızın ürəyidir
Şuşa, 21 sentyabr, Səxavət Quliyev, AZƏRTAC
Sevinirəm ki, biz Şuşada görüşürük. Mənim uşaqlığım burada keçib. Bura əbədi Azərbaycan torpaqlarıdır. Bu torpaqlarda sizi salamlamaq qürurvericidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Shusha Chess-2022” beynəlxalq şahmat turnirinin açılış mərasimində Xalq yazıçısı Çingiz Abdullayev deyib.
Bildirib ki, şahmatçıların ən ağıllı insanlar olduğu deyilir. “Şahmatçılar zəka sahibləri olmaqla yanaşı, həm də gözəl duyğuya malikdirlər. Bütün iştirakçılara uğurlar arzulayıram. Şuşa xalıqımızın ürəyidir, biz hamımız bu şəhərə heyranıq. İnanıram ki, qonaqlarımız Şuşanı sevəcək və yenidən burada olmaq istəyəcəklər”, - deyə Xalq yazıçısı sözlərinə əlavə edib.
Qeyd edək ki, şahmat turniri Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:32]
“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
- 09.06.2026 [19:57]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]