Çingiz Hüseynzadə: Azərbaycanın Olimpiya komandasının “Tokio-2020"yə hazırlıq prosesi yekunlaşmaq üzrədir
Bakı, 25 iyun, AZƏRTAC
Olimpiya Oyunlarına bir aydan az vaxt qalıb. Komandamızın “Tokio-2020”yə hazırlıq prosesi yekunlaşmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iyunun 25-də təşkil olunan tədbirdə deyib.
Vitse-prezident bildirib ki, “Tokio-2020” ötən illərdəki olimpiadalardan fərqli olacaq. Olimpiadada koronavirus və dopinqlə bağlı məsələlər dünya gündəmindədir. Hələ də bu istiqamətdə müzakirələr aparılır.