Çinin elektron ticarət nəhəngi Almaniyanın iri mağazalar şəbəkəsini alır
Berlin, 18 sentyabr, AZƏRTAC
Çin elektron ticarət nəhəngi “JD.com” Almaniyanın elektronika lideri “Ceconomy” şirkətini, o cümlədən onun sahib olduğu “MediaMarkt” və “Saturn” mağazalar şəbəkəsini alır.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, elektronika mağazaları şəbəkəsi 2,23 milyard avro dəyərində qiymətləndirilir.
Qəzetin məlumatına görə, Almaniyanın Rəqabətə Nəzarət İdarəsi satınalmanı təsdiqləyib. Bununla belə, satınalma ilə bağlı “təhlükəsizlik siyasəti aspektləri” Almaniya İqtisadiyyat Nazirliyi tərəfindən araşdırılmalıdır. Eyni zamanda, Avropa İttifaqının da birləşməni təsdiqləməsi lazım ola bilər.
Satınalmanın 2026-cı ilin əvvəlində tamamlanacağı gözlənilir. “JD.com” üç il ərzində müəssisədaxili razılaşmalara, kollektiv müqavilələrə, filialların fəaliyyətinə və Müşahidə Şurasında işçi nümayəndəliyinə riayət edəcəyinə təminat verir. İllik 140 milyard avroluq dövriyyəsi ilə Çinin ən böyük pərakəndə ticarət şirkəti olan “JD.com” onlayn ticarət və sürətli logistika zəncirləri üzrə ixtisaslaşıb.
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]