Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çinin Nankin şəhərində Azərbaycan Ticarət Evi açılıb VİDEO

Nankin, 15 may, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə Çinin Ciansu əyalətinin paytaxtı Nankin şəhərində “Azərbaycan Ticarət Evi” açılıb.

AZƏRTAC xəbər verir ki, bu, hazırda Çində fəaliyyət göstərən 6-cı Azərbaycan Ticarət Evidir. Nankin şəhəri ilə yanaşı, Pekin, Sian, Çindao, Çendu və Canciacie şəhərlərində də ticarət evi fəaliyyət göstərir.

Azərbaycan Ticarət Evi Nankin şəhərinin əsas biznes rayonlarından hesab olunan Çisiada yerləşir. İki mərtəbədən ibarət olan ticarət evinin ümumi sahəsi təxminən 340 kvadratmetrdir. Burada xalça, şərab, brendi, digər spirtli içkilər, meyvə şirəsi, turşu, şirniyyat da daxil olmaqla 60 növ məhsul satılır. Ticarət evində Azərbaycan məhsullarının həm pərakəndə, həm də topdan satışı həyata keçirilir. Bundan başqa, ticarət evində mütəmadi olaraq məhsulların dequstasiyası da təşkil olunacaq.

İki ölkə arasında ticarət əlaqələrinə töhfə verən ticarət evinin əsas funksiyalarından biri də ölkələrimiz arasında investisiya, nəqliyyat və turizm sahələrində münasibətlərinin genişləndirilməsi işinə dəstək olmaqdır. Belə ki, ticarət evini ziyarət edənlər “Made in Azerbaijan” məhsullarını əldə etməkdən başqa, ölkəmizin biznes və investisiya mühiti, nəqliyyat-tranzit və turizm potensialı haqqında ətraflı məlumat əldə edə biləcəklər.

Azərbaycan Ticarət Evinin investoru və operatoru Çinin “Silk Road Jiapin (Nanjing) International Trade Co., Ltd” şirkətidir.

Ciansu əyaləti və Nankin şəhər hökumətinin rəhbər şəxslərinin, o cümlədən Ciansu hökuməti katibinin müavini Liu Huaqin, Kommersiya departamentinin baş direktorunun müavini Sun Cin, Xarici İşlər Dəftərxanasının müdir müavini Şen Yenfey, Nankin hökuməti katibinin müavini Çen Youmin, Çisia rayonu merinin müavini Yan Donun iştirak etdiyi açılış mərasimində çıxış edən ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov bildirib ki, Azərbaycan Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır və hər iki ölkə ikitərəfli ticarət əlaqələrini daha da yaxşılaşdırmaq öhdəliyinə sadiqdir.

Ötən il Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə 44 faiz çoxaldığını vurğulayan diplomat, iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsində Çində fəaliyyət göstərən Azərbaycan ticarət və şərab evlərinin rolunu vurğulayıb, bu təsisatların Azərbaycan məhsullarının Çində tanıdılmasında mühüm rol oynadığını deyib.

Nankin şəhər Xalq Hökumətinin baş katibinin müavini Çen Youmin bildirib ki, Azərbaycan Ticarət Evi Nankin şəhərində açılmış xarici ölkəyə məxsus ilk ticarət evidir. O, bu ticarət evinin Ciansu əyaləti ilə Azərbaycan arasında rəmzi körpü rolunu oynayacağını və bölgənin əhalisinə Azərbaycan haqqında geniş məlumat təqdim edəcək bir platformaya çevriləcəyini bildirib.

Ciansu əyalətinin böyük istehlak bazarına malik olduğunu vurğulayan Çen Youmin Azərbaycanın keyfiyyətli qida və içki məhsullarının burada böyük satış perspesktivinə malik olduğunu qeyd edib.

Azərbaycan Ticarət Evinin açılmasına göstərilən dəstək, açılış mərasimində əyalətin və şəhərin rəhbər şəxslərinin iştirakı Ciansi əyaləti hökumətinin Azərbaycan ilə iqtisadi-ticari əlaqələrin inkişafına verdiyi əhəmiyyətin göstəricisidir.

Qeyd edək ki, Çinin şərqində yerləşən və 85 milyon əhalisi olan Ciansu əyaləti ümumi daxili məhsulun (ÜDM) dəyərinə görə (təxminən 1,83 trilyon dollar) ölkənin bölgələri arasında 2-ci, ÜDM-in hər nəfərə düşən payına görə isə birinci yerdədir. Ciansu əyalətini rəmzi olaraq ayrıca dövlət kimi götürsək, dünyanın 12-ci ən böyük iqtisadiyyatı olardı.

Çinin ən inkişaf etmiş regionlarından olan Ciansu əyaləti elektrik avadanlığı, maşınqayırma, kimya və tekstil məhsullarının istehsalında öncül yerlərdədir. Təxminən 10 milyon sakinin yaşadığı əyalətin inzibati mərkəzi olan Nankin şəhəri Çinin iqtisadi, təhsil, elmi tədqiqat, mədəniyyət, nəqliyyat və turizm mərkəzlərindən biri olmaqla yanaşı, dünyada dənizə birbaşa çıxışı olmayan ən iri quru yük limanına sahibdir.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Nankin

Çinin Nankin şəhərində Azərbaycan Ticarət Evi açılıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB