Çinin ümumi daxili məhsulu 5,2 faiz artıb
Pekin, 17 yanvar, AZƏRTAC
Çində 2023-cü ildə ümumi daxili məhsul (ÜDM) əvvəlki illə müqayisədə 5,2 faiz artaraq, 126,06 trilyon yuana (təxminən 17,71 trilyon ABŞ dolları) çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Dövlət Statistika Bürosu açıqlama yayıb. Ötən ilin 4-cü rübündə də ÜDM artımı 5,2 faiz olub. Büro Çin iqtisadiyyatının 2023-cü ildə xarici təzyiqlərə və daxili çətinliklərə dözərək bərpa dinamikası nümayiş etdirdiyini bildirib.
Qeyd edək ki, Çin hökuməti 2023-cü il üçün ÜDM-in artımını 5 faiz civarında hədəfləmişdi. Bəzi xarici ekspertlər isə bu hədəfə çatmağın çətin olduğunu düşünürdülər. COVID-19 pandemiyası ilə əlaqədar sərt qadağa və məhdudiyyətlərin tətbiq olunduğu 2022-ci ildə Çində ÜDM artım 3 faiz təşkil etmişdi.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]