ÇKALOV ADINA AVİASİYA İSTEHSAL BİRLİYİ AZƏRBAYCANA TƏYYARƏLƏR SATACAQ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Daşkənddəki Çkalov adına Aviasiya İstehsal Birliyində 2003-cü ilin yekunları ilə bağlı keçirilən yığıncaqda baş direktor Vadim Kuçerov bildirmişdir ki, Azərbaycana üç İl-76 TD və İl 76 TF markalı yük, İl-114 markalı üç sərnişin təyyarəsi satılacaqdır. Onun sözlərinə görə, təyyarələrin satışı lizinq yolu ilə həyata keçiriləcəkdir. O qeyd etmişdir ki, bundan başqa İstehsal Birliyində Azərbaycanın İl-76 tipli yük təyyarələri təmir ediləcək və bunlara ehtiyat hissələri göndəriləcəkdir.
Xatırladırıq ki, Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda səfərdə olarkən “Azərbaycan hava yolları” Dövlət Konserni və Çkalov adına Daşkənd Aviasiya İstehsal Birliyi arasında niyyət memorandumu imzalanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]