CİMMİ KARTER İSRAİLİ LİVANA ƏSASSIZ BASQINDA TƏQSİRLƏNDİRİR
AZƏRTAC xəbər verir ki, Karter Almaniyanın “Şpigel” jurnalına müsahibəsində demişdir ki, İsrailin Livanı bombardman etməyə qanuni və mənəvi haqqı olduğuna əmin deyildir.
Keçmiş Prezident jurnalistin “İsrail birinci olaraq basqına məruz qalmışdır” sözlərinə cavabında demişdir: “İsraildə təxminən 10 min məhbus saxlanılır, Livan və ya Qəzzə yaraqlıları isə bir, yaxud iki əsgəri əsir götürürlər. İsrail isə bunu Livanın və ya Qəzzənin mülki əhalisinə zərbələr endirmək üçün əsas sayır. Zənnimcə, bu, səbəb deyildir”.
“Kemp-Devid” sazişinin müəllifi sayılan Karterin fikrincə, Corc Buşun Yaxın Şərqdə başlıca səhvi ondan ibarətdir ki, o, İsraillə qonşuları arasında dialoq yaratmağa heç olmasa cəhd belə göstərmir.
Xatırladaq ki, Cimmi Karter ABŞ Prezidenti olarkən Kemp-Devid sülh sazişinin bağlanmasında həlledici rollardan birini oynamışdı. Bu saziş 1978-ci ildə İsrail ilə Misir arasında qarşıdurmaya son qoymuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]