ELM VƏ TƏHSİL
Cinayət prosesi və kriminalistika üzrə praktikum kitabı çap olunub
Bakı, 21 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, hüquq elmləri doktoru, professor Cavanşir Süleymanovun “Cinayət prosesi və kriminalistika üzrə praktikum” kitabı çap olunub.
Hüquq və İnsan Haqları İnstitutundan AZƏRTAC-a bildirilib ki, rus dilində nəşr edilən vəsaitin əsasını məhkəmə və istintaq təcrübəsinin həqiqi epizodları, ağır rezonanslı cinayət işləri üzrə prosessual sənədlər, bu işlərə dair BMT-nin İnsan Hüquqları Komitəsinin və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları təşkil edir.
Tədqiqatçılar, təcrübə keçənlər üçün nəzərdə tutulan kitab proses iştirakçıları tərəfindən edilən səhvlərin və boşluqların təhlilinə onların təkrarlanmasının aradan qaldırılmasına, oxşar və bənzər hallarda peşəkar məhkəmə fəaliyyətinin həyata keçirilməsinin ən optimal yollarını müəyyənləşdirməyə imkan verəcək.