Ciorcia Meloni: İtaliya Livanda sabitliyin tərəfdarıdır
Roma, 16 yanvar, AZƏRTAC
İtaliya Livanda sabitliyin tərəfdarı olduğunu bir daha bəyan edib.
AZƏRTAC xəbər verir ki, İtaliya Nazirlər Şurasının məlumatına görə, Baş nazir Ciorcia Meloni livanlı həmkarı Nəcib Mikati ilə telefon danışığı aparıb. Söhbət zamanı bölgədə davam edən böhranla bağlı son hadisələrə toxunulub, hər iki lider Qəzzada qarşıdurmanın genişlənməsindən narahatlığını ifadə edib.
Ciorcia Meloni xüsusilə Livan və İsrail arasında davam edən vasitəçiliyin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb, İtaliyanın bütün tərəflərlə birgə səylər göstərməyə maksimum hazır olduğunu bildirib.
Baş nazirlər böhranın həlli ilə bağlı koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]