Ciorcia Meloni İtaliyada gəmi qəzasında həlak olanların ailə üzvləri ilə görüşüb
Roma, 16 mart, AZƏRTAC
İtaliyanın Baş naziri Ciorcia Meloni Kalabriya regionunda miqrantları daşıyan qayığın batması nəticəsində həlak olanların ailə üzvləri və qəzada sağ qalanlarla görüşüb.
AZƏRTAC xəbər verir ki, təxminən otuz nəfərdən ibarət qrup İtaliya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Kalabriyadan paytaxt Romaya gətirilib.
Görüşdə C.Meloni ilə yanaşı, İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani də iştirak edib.
Xatırladaq ki, fevralın 26-da İran, Pakistan və Əfqanıstandan olan miqrantları daşıyan qayıq əlverişsiz hava şəraiti səbəbindən İtaliya sahillərində qayalara çırpılaraq batıb. Faciə nəticəsində 35-i azyaşlı olmaqla 86 nəfər həlak olub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]